”Qalatasaray” ötən gün “Pendikspor”u 4:1 hesabıyla məğlub edərək Türkiyə Süperliqasında liderliyini davam etdirib.
İdmanxeber.az məlumat verir ki, görüşdə hesabı açan Mauro İkardı sarı-qırmızılı formayla 50-ci qolunu vurub. O, “Qalatasaray” tarixində bu qol sayına 6& oyunla ən tez çatan əcnəbi oyunçu olub.
Argentinalı forvard ümumilikdə 68 oyunda 50 qol vurub və 19 məhsuldar ötürmə edib.