Fabio Kannavro A Seriyasında işləyə bilər.
İdmanxeber.az “Sky Sport İtalia”ya əsasən xəbər verir ki, 50 yaşlı italiyalı “Udineze”nin yeni baş məşqçisi olmağa əsas namizəddir. “Udineze” bu mövsüm A Seriyasında cəmi 5 qələbə qazana bilib.
Kannavaro son olaraq “Benevento”nu çalışdırıb. O, ötən ilin fevralından bəri işsizdir.