Musa Qurbanlının “Yurqorden”dən ayrılacağı xəbərlərinə aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Bosse Andersson açıqlama verib. O, 22 yaşlı futbolçunun kluba belə bir fikirdə olduğunu demədiyini qeyd edib:
“İndi transfer pəncərəsi bağlıdır. Biz heç bir müzakirə aparmırıq. Bəli, Azərbaycanda media onu çox izləyir. Amma Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musada da durum belədir”.
Qeyd edək ki, Musa Qurbanlının adı son oyunlarda iştirak ərizəsini daxil edilmir.