07 İyul 2026
Kateqoriyasız

İki futbolçu yığmamızdan ayrıldı

Azərbaycan milli komandasının heyətində Avstriyada təlim-məşq toplanışında olan Budaq Nəsirov və Vüqar Mustafayev yığmanın düşərgəsindən ayrılıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki futbolçu bu gündən etibarən 21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43