08 İyun 2026
Dünya futbolu

İngiltərə klubu gənc hücumçunu 70 milyona satır

“Bornmut” klubu hücumçusu Eli Kroupini yay transfer pəncərəsində satmağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, klub 19 yaşlı fransalı forvard üçün təxminən 70 milyon avro məbləğində təklif alacağı halda transferə razılıq verəcək. Gənc futbolçunu xüsusilə “Mançester Yunayted” heyətinə qatmaq istəyir.

Daha əvvəl onun adı “Liverpul”, “Arsenal” və “Çelsi” ilə də hallanıb.

Cari mövsümdə Kroupi bütün turnirlərdə 30 oyunda 10 qol vurub. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Qeyd edək ki, fransalı hücumçu İngiltərə Premyer Liqasında debüt mövsümündə 10 və daha çox qol vuran ilk yeniyetmə kimi tarixə düşüb. Ondan əvvəl bu göstəriciyə 1999/2000 mövsümündə “Koventri”nin heyətində Robbi Kin imza atmışdı.

“Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 40 milyon avro civarındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43