21 İyun 2026
Dünya futbolu

İngiltərəli futbolçu “Mançester Siti”dən ayrılmayacaq

Kayl Uolker “Mançester Siti”də qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi “Bavariya”nın təklifini qəbul etməyib.

İngiltərəli futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalayacaq.

Uolker 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu müddətdə 255 oyuna 6 qol vurub və 18 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43