20 İyun 2026
Dünya futbolu

Paytaxt təmsilçisi yeni futbolçu transfer etdi

“Latsio” “Midtyulland”ın hücumçusu Qustav İsakseni transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı danimarkalı ilə müqavilə 30 iyun 2028-ci ilə qədərdir. Transfer məbləği 16 milyon avro qiymətləndirilir.

İsaksen İtaliya klubunda 18 nömrəli forma altında çıxış edəcək.

İsaksen ötən mövsüm 45 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43