04 İyul 2026
Dünya futbolu

İngiltərənin “Lids” klubu satıldı

İngiltərənin “Lids” klubu Amerikanın “49ers Enterprises” şirkətinə satılıb.

İdmanxeber.az “The Guardian”a istinadən xəbər verir ki, şirkət klub üçün təxminən 200 milyon avro ödəyib. “Lids”ə əvvəllər klubun sədr müavini və idarə heyətinin üzvü olan Paraaq Marate rəhbərlik edəcək.

O, 2017-ci ildən “Lids”in sahibi olan Andrea Radrissanini əvəz edəcək.

Klub ötən mövsüm Premyer Liqanı 19-cu pillədə başa vurdu və Çempionşipə düşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43