Ölkə futbolu

“İnsanlıq hər şeydən üstündür” – Kamran Əliyev

“Biz hamımız çox xoşbəxtik, Sumqayıt şəhəri və burada əməyi olan hər kəs buna layiq idi. Komanda olaraq buna inanmasaydıq, avrokuboklara vəsiqə qazanmazdıq”.

Bu sözləri İdmanxeber.az saytına “Sumqayıt”ın futbolçusu Kamran Əliyev “kimyaçılar”ın cari mövsüm çıxışını dəyərləndirərkən deyib.

O, Premyer Liqanın son turunda “Qəbələ” ilə matçda rəqib müdafiəçisi Murad Musayevin zədələnməsinin ardından hücumu davam etdirməməsinə belə münasibət bildirib:

“İlk növbədə Murada tezliklə sağalmağı arzulayıram. Onun zədələndiyini görən kimi dərhal oyunu saxladım. Başqa cür də edə bilməzdim. Qol vurmaq üçün yaxşı fürsət olsa da, insanlıq hər şeydən üstündür”.

26 yaşlı gələcək karyerası ilə bağlı suala belə cavab verib: “Hələlik bu barədə danışmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43