Ölkə futbolu

“Unutulmayacaq mövsüm oldu” – Tiaqo Silva

“Zirə”nin qapıçısı Tiaqo Silva komandanın cari mövsüm çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı qolkiper bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O, komandanın möhtəşəm işlər gördüyünü bildirib:

Əsla unutulmayacaq mövsüm oldu. Liqada ikinci olduq, avrokuboklara vəsiqə qazandıq. 36 oyunda cəmi 22 qol buraxaraq çempionatın ən yaxşı müdaifə olunan komandasıyıq.

Və növbədə Azərbaycan Kubokunun finalı var. Möhtəşəm bir hekayədir. Ancaq hələ bitməyib. Kuboku qazanmaq üçün azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43