Dünya futbolu

“İnter” asan təslim olmayacaq”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının finalı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər”in sabiq çalışdırıcısı həlledici matçın çox çətin keçəcəyini bildirib. O, “İnter”in asan təslim olmayacağını açıqlayıb:

“Finaldan əvvəl heç bir proqnoz vermək olmaz. Qvardiolanın “Mançester Siti”si dünyanın ən güclü komandası olmasa da, yaxşı oynamağı bilir. Simone İnzaqini yaxşı tanıyıram, onun futbolçu və məşqçi kimi böyüməsini görmüşəm. Ona inanın. Bir neçə həftə əvvəl İnzaqi tənqidçilərin hədəfi deyildimi? İndi isə Çempionlar Liqasının finalındadır.  Məşqçilik asan iş deyil işi”

“Mançester Siti” və “İnter” arasında Çempionlar Liqasının finalı iyunun 10-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43