“Çelsi”nin hücumçusu Kristofer Nkunku karyerasını “İnter”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubu 27 yaşlı fransalı futbolçu ilə maraqlanır. Oyunçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
“Transfermarkt” portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Nkunku bütün yarışlarda 47 matçda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

