07 İyul 2026
Dünya futbolu

“İnter” Lukmonla anlaşdı

“İnter” “Atalanta”nın hücumçusu Ademola Lukmanı heyətinə qatmaq üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı oyunçu Milan klubu ilə anlaşıb. Transferin bu həftə ərzində həll olunması gözlənilir. 

“İnter” futbolçu üçün 45 milyon avro ödəyəcək.

Nigeriyalı forvardın “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, son mövsümdə klubun heyətində parlaq çıxışı ilə diqqət çəkib və “İnter”in hücum xəttində yeni güc ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43