Dünya futbolu

“İnter” qapıçısının qiymətini açıqladı

“İnter” qapıçısı Andre Onanı sata bilər.

İdmanxeber.az– xarici mətbuata istinadən xəbər verir ki, kamerunlu qolkiper bir neçə klubun diqqət mərkəzindədir. Onun Milan təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdi.

Rəhbərlik Onanı transfer etmək istəyən klublardan 40 milyon avro tələb edəcək. Oyunçu ilə “Çelsi” klubunun yaxından maraqlandığı bildirilir.

27 yaşlı qapıçı cari mövsüm “İnter”də 33 oyunda çıxış edib və 29 qol buraxıb. O, 15 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43