Lunin İtaliyaya yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Real”ın qapıçısı Andrey Lunin karyerasını A Seriyasında davam etdirə bilər.
“İnter” və bir neçə İtaliya klubu 26 yaşlı ukraynalı qolkiperlə maraqlanır.
2018-ci ildə Madrid təmsilçisinə transfer olunan Lunin cari mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkir.

