30 İyun 2026
Dünya futbolu

“Barselona”dan Reşford qərarı

“Mançester Yunayted”in futbolçusu Markus Reşford gələn yay “Barselona”nın tamhüquqlu üzvü olacaq.

İdmanxeber.az-ın məlumatına görə, katalon klub icarə əsasında çıxış edən ingilis yarımmüdafiəçini 30 milyon avroya transfer etməyə qərar verib.

“Barselona” rəhbərliyi Reşfordun son çıxışlarından razıdır və bu məbləği sərfəli sayır.

27 yaşlı futbolçu cari mövsümdə La Liqada 8 oyuna 1 qol və 3 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43