“İnter”in hücumçusu Romelu Lukaku komandada qalmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə A Seriyası təmsilçisinin meneceri Marotta açıqlama verib. O bildirib ki, belçikalı oyunçunun satın alma maddəsindən istifadə edilməyəcək.
Müqavilə ilə “Çelsi”yə məxsus olan Romelu bu mövsüm “İnter”lə 18 oyunda forma geyinib və 5 qol vurub.

