“İnter”dən ayrılan Marko Arnautoviçin yeni komandası bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Servbiya klubu ilə anlaşıb. Arnautoviç karyerasını “Srvena Zvezda”da davam etdirəcək.
36 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Marko Arnautoviç 2023-cü ilin avqust ayından “İnter”də çıxış edirdi.

