10 İyul 2026
Dünya futbolu

İspaniya klubunun avtobusu daşlandı

İspaniyanın “Sportinq” (Xixon) klubunun avtobusu daşlanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Sequnda Liqasının 5-ci turunda “Ovyedo” ilə görüşə gedərkən naməlum şəxslər minik vasitəsinə hücum edib. Hadisədə xəsarət alan olmasa da, avtobusun pəncərəsinin sındığı bildirilir.

Polis məsələ ilə bağlı araşdırma aparır.

“Sportinq” 7 xalla 10-cu yerdədir. Real Ovyedo 3 xalı və 19-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43