Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Sıqankov zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsindəki qarşıdakı oyunlarda iştirak etməyəcək.
İdmanxeber.az xəbər verir ki, “Jirona” klubunun futbolçusu həm Azərbaycan, həm də İslandiya ilə matçlarda yığmaya kömək edə bilməyəcək.
Ukrayna millisi oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycanla qarşılaşacaq.

