“Musa Qurbanlının Azərbaycan çempionatındakı çıxışından inkişaf etdiyi görünürdü. Ona İsveçdə uğurlar arzulayıram, daha böyük klublarda oynaya bilər. Ümid edək ki, qolları ilə bizi sevindirəcək”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov Musa Qurbanlının İsveçin “Djurqarden” klubuna transferi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Məncə, İsveç çempionatı əsl Musanın stilinə uyğundur. Ciddi bir porblem yaşayacağını düşünmürəm. Əsas odur ki, istək olsun. Oyunçunun özünü məqsədi olmalıdır. Əgər ölkəni tərk edirsənsə, böyük klublarda oynamağı hədəfləməlisən. Musa da bu futbolçulardan biridir. Ona uğurlar arzulayıram”.

