14 İyun 2026
Dünya futbolu

İsveçli hücumçu Premyer Liqaya doğru

“Sportinq”in hücumçusu Viktor Gyökereş  karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, Gyökereş “Arsenal”ın əsas transfer hədəfinə çevrilib. “Topçular” bu transfer üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Viktorun Lisabon təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Gyökereş bu mövsüm 44 matçda 44 qol və 11 məhsuldar ötürməyə imza atıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43