Kateqoriyasız

İtaliya klubu “Qarabağ”ın futbolçusunu istəyir

“Qarabağ” ın fransalı legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber az-ın məlumatına görə, İtaliya B Seriyasının təmsilçisi “Benevento” Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.

Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda növbəti mövsümdən A Seriyasında çıxış etməyə real namizəddi. Bu səbəbdən yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran “Benevento” “Qarabağ”ın 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyir. Rerrasın əsas heyətinə düşə bilmədiyi Ağdam təmsilçisi ilə sözləşməsi iyunadək nəzərdə tutulub. Futbolçuyla İtaliyanın “Krotone”, Fransanın “Lans”, Türkiyənin “Rizespor” və Belçikanın “Lyej” klubları da maraqlanır.

 

Qeyd edək ki, Faysal “Qarabağ”a ötən ilin yayında transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43