Braziliyanın “Flamenqo” klubunun prezidenti Rodolfo Landim “Fənərbağça”nın baş məşqçisi Jorje Jesus barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, İspaniyanın ESPN nəşrinə açıqlama verən klub rəhbəri portuqaliyalı mütəxəssislə danışdığını bildirib:
“Jesusla əlaqə saxlamışam. Hazırda müqaviləsinin davam etdiyini və “Flamenqo”ya gələ bilmədiyini söylədi. Üstəlik klubu ölkə kubokunda yarımfinala vəsiqə qazanıb. Açığı, onun “Flamenqo”ya gəlməsinə ümid yoxdur. Əgər buranı sevsəydi, Türkiyədən ayrılıb dərhal gələrdi”.
Jesusun “Fənərbağça” ilə sözləşməsi mövsüm sonu başa çatır.

