“Yuventus” klubunun ləğv edilən 15 xalı qaytarılıb.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya İdman İdarəsi məhkəmənin yenidən keçirilməsinə qərar verib. Bunun ardından Turin təmsilçisi 59 xalla turnir cədvəlində 7-ci yerdən 3-cü pilləyə yüksəlib.
Məhkəmənin qərarının müvəqqəti olduğu və prossesə yenidən baxılacağı bildirilib.
Xatırladaq ki, “Yuventus”un maliyyə fırıldaqlarına görə 15 xalı silinmişdi.

