İdman

Jezniçak: “Biz tarix yazdıq”

“Qarabağ”ın futbolçusu Yakub Jezniçak komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına biganə qalmayıb.
 
İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı polşalı müdafiəçi sosial şəbəkədə pley-off mərhələsində Danimarka “Kopenhagen”i üzərində qələbəni belə şərh edib: “Arzumuz həqiqətə çevrildi. Biz tarix yazdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43