“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” “Zaqatala” ilə qarşılaşacaq. Qonaqlar bu matçın gediş-gəlişi üçün təxminən 434 km məsafə qət etməli olacaqlar.
Sentyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək görüşə saat 17:00-da start veriləcək.

