04 İyul 2026
Ölkə futbolu

“Kəpəz” “Araz Naxçıvan”la heç-heçə etdi

Yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi “Araz-Naxçıvan” ilə qarşılaşıb. “Dalğa Arena”dakı görüşdə qalib müəyyənləşməyib -1:1.

Xatırladaq ki, “Kəpəz” bunadək keçirdiyi yoxlama oyunlarında “Səbail”ə və “Zirə”yə uduzub.  “Araz Naxçıvan” isə “Turan Tovuz”a məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43