03 İyul 2026
Ölkə futbolu

“Kəpəz” İdarə Heyətinin üzvü ilə yollarını ayırdı

Erkin İbrahimov “Kəpəz” Futbol Klubunun İdarə Heyətinin üzvülüyündə çıxarılıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisinin baş tutan iclasında bir sıra qərarlar qəbul olunub.

E. İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.

İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İdarə Heyətinin üzvülüyündən çıxarılıb.

“Sarı-göylər” digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcəyini diqqətə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43