19 İyul 2026
Ölkə futbolu

“Kəpəz” rəhbərliyində ayrılıq

“Kəpəz” rəhbərliyində ayrılıq yaşanıb.

İdmanxeber.az-a verilən məlumata görə, klubun icraçı direktoru Cabir İbrahimov postundan ayrılıb. O, bu gün kollektivlə görüşərək, onlarla vidalaşıb.

İbrahimov “Kəpəz” əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb.

Xatırladaq ki, C.İbrahimov ötən il bu vəzifəyə təyin edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43