AFFA “Kəpəz”in pulunu hələ də köçürməyib.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun futbolçuları 2 aydır ki, maaş almır. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri bir çox məsrəfləri öz üzərinə götürsə də, bu bütün problemlərin həlli demək deyil. Hətta klub başçısı AFFA ilə əlaqəyə keçib, mövcud problemlə maraqlanıb və ən qısa zamanda bunun həll ediləcəyinə ümid etdiyini bildirib.
Bu həfətiçi AFFA “Kəpəz”in pulunu köçürəcək.
Qeyd edək ki, pulun gecikməsinə səbəb “Kəpəz”in lazımı sənədləri düzgün göndərməməsi göstərilir.

