"Space" televiziyasında yeni telelayihə olan O.K. oyun və kino şou xəbərlərinin artıq 2-ci verlişi yayımlanıb.
İdmanxeber.com-un məlumatına görə bazar günü 22:00-da aparıcı Ümid Süleymanovla futbol üzrə Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayev qarşılaşdılar.
Playstation 4-də futbol oynayan rəqiblər arasında qızğın qarşıdurma yaşandı.Oyunda Portuqaliya yığmasını seçən Kamran Ağayev Ümidin üstünlüyə sahib olan Fransa seçməsini 4:2 hesabı ilə məğlub etdi.

