Kateqoriyasız

Kamran Quliyev və Samir Abasovu istefaya səslədilər, stadiondan kənarlaşdırıldılar

Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” “Neftçi”ni qəbul edir.

İdmanxeber.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın ilk hissəsində qonaq komandanın azarkeşləri tribunadan uzaqlaşdırılıb. Buna səbəb onların klub prezidenti Kamran Quliyev və komandanın baş məşqçisi Samir Abasovu istefaya səsləmələri səbəb olub. Polislər öncə onlara xəbərdarlıq etsələr də, hal ikinci dəfə təkrarlanınca “Forza Neftçi” üzvləri tribunadan kənarlaşdırılıb.

Bundan sonra “Zirə” fanatlarının “Forza Neftçi” şüarları səsləndirərək, rəqib azarkeşlərə dəstəyi diqqət çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43