Kateqoriyasız

Zirədə gərginlik: “Mənə Allahım yetər”

Premyer Liqanın hazırda davam edən “Zirə” – “Neftçi” matçında gərgin anlar yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 20-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Yusuf Laval “qartallar”ın müdafiəçisi Çantakiasın üzünə zərbə endirib. Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Qarşılaşmanı idarə edən Rauf Cabbarov hər iki futbolçunu sari vərəqə ilə cəzalandırıb.

Matçın dördüncü hakimi İnqilab Məmmədov isə Rəşad Sadıqovu əli ilə işarə edərək onun da cəzalandırılmasına nail olub. Sadıqov isə qarşılığında “mənə Allahım yetər” – deyərək, hadisəyə öz reaksiyasını verib.

Hazırda oyunda birinci hissə oynanılır və qapılara qol vurulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43