Kateqoriyasız

“Neftçi” azarkeşləri Samir Abasovu Zirədə də istefaya səslədi

Premyer Liqanın 37-ci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağıdı.

İdmanxeber.az-ın məlumatına görə, Zirədə “Neftçi”yə dəstək olan “ağ-qaral”ı azarkeşlər Samir Abasovu “istefa”ya səsləyib.

Qeyd edək ki, Abasov “Qəbələ” ilə 26-cı turun oyunundan sonra azarkeşlər haqda xoş olmayan sözlər işlətmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43