Karateçilərimiz 22-26 mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb.
İdmanxeber.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub.
Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.
Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.

