07 İyul 2026
Dünya futbolu

Ronaldonun millidəki möhtəşəm uğuru

Kristiano Ronaldo daha bir əlçatmaz uğura imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Portuqaliya millisində ən çox qol vuran 3 oyunçunun cəmindən daha çox fərqlənib.

Belə ki, 38 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Lüksemburqla oyunda (6:0) dubla imza atıb.

O, bununla da yığmadakı qollarının sayını 198-ə çatdırıb.

Ronaldo Portuqaliya millisindəki məhsuldarlığı ilə Pedro Pauleta (47), Eysebio (41) və Luiş Fiqu (32) kimi futbolçuların cəmindən daha çox fərqlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43