20 İyul 2026
Ölkə futbolu

“Karvan”ın yeni baş məşqçisi bəlli oldu

“Karvan”ın yeni baş məşqçisi bəlli oldu.

İdmanxeber.az-ın məlumatına görə, bu posta Azər Həşimov təyin edilib.Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib. PRO kateqoriyalı məşqçinin təyinatı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, ötən mövsüm komandanı çalışdıran Kənan Kərimov kluba vitse-prezident təyin edilib.

Həşimovun son olaraq I Liqa təmsilçisi “Qaradağ Lökbatan”ı çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43