04 İyun 2026
Dünya futbolu

Kazemiro “Mançester Yunayted”i tərk edir

“Mançester Yunayted”in futbolçusu Kazemiro komandanı tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı təmsilçilərinin birindən təklif alıb. Kasemiro yüksək maaşlı bu təklifi geri çevirmək istəmir.

Ərəb klubunun adı və təklif etdiyi məbləğ açıqlanmayıb.

“Sambaçı”nın “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43