Kateqoriyasız

“Kəpəz” azarkeşləri üçün bəd xəbər

“Kəpəz”in uzun müddətdi zədəli olan futbolçusu Dario Federiko üçün mövsüm başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, gəncəli azarkeşlərin sevimli futbolçusu bu mövsüm “Kəpəz”ə kömək edə bilməyəcək.

Braziliyalı aprelin 15-də Azərbaycana qayıtmasına baxmayaraq, fərdi şəkildə məşqlərini davam etdirəcək.  Onun ən yaxşı halda may ayının sonlarına tam hazır olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43