01 İyul 2026
Kateqoriyasız

Nazarov üçün bu dəfə “qırmızı işıq”

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue”  “Frayburq”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarovun adı “18-li”ə salınsa da, meydana çıxmayıb.

Qeyd edək ki, “Karlsrue”  35 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43