Kateqoriyasız

“Keşlə” yeni transferi ilə başladı

“Keşlə” ilin ilk məşqinə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi “ASK Arena”da hazırlığa başlayıb. Komandanın yeni transferi Şohruh Qodoyev də hazırlıqda iştirak edir.

“Keşlə” yanvarın 12-də Antalyaya yollanacaq. “Ağ-qırmızılar” ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən “Tsvikkau” ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula “Arsenal”ı ilə qüvvəsini sınayacaq.

“Keşlə” Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan “Zemplin” komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43