“Tottenhem”in hücumçusu Harri Keyn “Mançester Yunayted”ə keçə bilər.
İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunun transferi üçün təxminən 92 milyon avro ödəməyə hazırdır. Həftə sonuna qədər yekun qərarın veriləcəyi bildirilir.
Keyn ötən mövsüm 38 oyunda 30 qol vuraraq bombardirlik yarışında Premyer Liqanı ikinci yerdə tamamlayıb.
Onun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

