“Bavariya”nın hücumçusu Sadio Mane İngiltərəyə qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı seneqallının xidmətində “Nyukasl” maraqlıdır. “Bavariya”nın futbolçunu bu yay satmaq istədiyi bildirilir.
2022/23 mövsümündə Mane 38 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Seneqallının “Bavariya” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

