03 İyul 2026
Dünya futbolu

KİV: Hakim Ziyeş “Qalatasaray”da

“Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirmək üzrədir.

İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu Hakim Ziyeşlə anlaşıb. Onun yaxın vaxtda Türkiyəyə gələrək tibbi baxışdan keçəcəyi bildirilir.

Mərakeşli futbolçu 2020-ci ildə 40 milyon avro qarşılığında “Ayaks”dan “Çelsi”yə keçib. Onun London klubu ilə 2025-ci ilə qədər müqaviləsi var. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43