“Atalanta” Əl Bilal Ture üçün “Almeriya” ilə razılaşmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu bu transferə görə 28 milyon avro və əlavə olaraq 3 milyon da bonus ödəyəcək.
Bu keçid “Atalanta” klub tarixinin ən bahalı transferi olacaq.
Malili forvard ötən mövsüm “Almeriya”nın heyətində 21 oyuna 7 qol vurub.

