04 İyun 2026
Ölkə futbolu

Kurban Berdiyev braziliyalı futbolçunu “sildi” – GÖNDƏRİLİR

“Turan Tovuz” yeni mövsümün hazırlıqlarını davam etdirir. Bölgə təmsilçisi bir neçə futbolçu ilə yollarını ayıracaq. Baş məşqçi Kurban Berdiyev planlarına daxil olmayan oyunçularla bağlı rəhbərliyə məlumat verib.

Əldə etdiyimiz məlumata görə, onlardan  biri Kauan Martinsdir. Təcrübəli mütəxəssis bu futbolçu ilə çalışmaq istəmir. Yanvarda heyətə qatılan müdafiəçinin çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən də braziliyalının Tovuz klubundan ayrılacağı gözlənilir.

Xatırladaq ki, braziliyalı müdafiəçi Kauan Martinslə yanvarda 6 ay + 1 illik müqavilə bağlanmışdı. O, karyerası ərzində Şimali Makedoniyanın “Brera Strumitsa”, ölkəsinin “Pirasikaba”, “Mariliya”, “Qremio”, Estoniyada isə “Narva-Trans” kimi klubların şərəfini qoruyub.

Martins cari mövsüm “Turan Tovuz”un heyətində 15 oyun keçirib və 2 qol vurub.

İdmanxeber.az/Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43