29 İyun 2026
Dünya futbolu

La Liqa Neymarın transferinə icazə vermədi

İspaniya Futbol Liqası (La Liqa) “Barselona”nın futbolçusu Neymarın PSJ-yə transferinə icazə verməyib.

Səbəb kimi braziliyalı hücumçunun transfer qiymətinin çox yüksək məbləğdə olması göstərilib.

Bu gün Neymarın meneceri tələb olunan sənədləri imzalamaq üçün La Liqanın ofisinə gədib. Lakin qurumdan bildiriblər ki, futbolçu üçün ödəniləcək 222 milyon avronun mənşəyi barədə məlumat olmadığı üçün transferə icazə verilmir.

Həmçinin bu transferin FİFA-nın maliyyə “fair play” qaydalarına zidd olduğu da bildirilib.

PSJ-nin məsələ ilə bağlı FİFA-ya müraciət edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43