“Liverpul” ABŞ yığmasının üzvü Kristian Pulişiçi heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Milan”da forma geyinən 27 yaşlı oyunçunun performansını diqqətlə izləyir və onu yay transfer pəncərəsində rənglərinə bağlamaq niyyətindədi.
“Milan” tərəfi də Puluşiçin mövcud müqaviləsini yeniləmək üçün hərəkətə keçib.
Futbolçunun hazırkı dəyəri 60 milyondur.

