22 İyul 2026
Dünya futbolu

“Liverpul”un kapitanı “Çelsi”yə keçir?

“Liverpul”un kapitanı Vircil van Dayk bir müddət “Çelsi”nin transfer siyahısında olub.

İdmanxeber.az xəbər verir ki, londonlular müdafiəçini azad agent kimi heyətinə qatmağı planlaşdırıb.

Lakin niderlandlı futbolçunun “Liverpul”la müqaviləsini 2027-ci ilə qədər uzatmasından sonra bu ehtimal aradan qalxıb.

34 yaşlı Van Dayk bu mövsüm 29 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43